Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-24 12:59:00
Bu şagirdlər ibtidai təhsil səviyyəsi üzrə eksternat imtahanlarında uğur qazandı  

2020-ci ildə paytaxt məktəblərində təhsil alan 3 şagird ibtidai təhsil səviyyəsi üzrə eksternat imtahanlarında müvəffəqiyyət qazanıb.

AzEdu.az xəbər verir ki,  ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün ənənəvi olaraq hər il eksternat qaydasında imtahan keçirilir.

Eksternat imtahanlarında şagirdlərin təhsil aldıqları sinfin II (ikinci), növbəti sinfin I (birinci) yarımili üzrə fənn proqramlarını mənimsəmə səviyyələri, psixoloji dayanıqlıqları, yaradıcı potensialları, ümumi dünyagörüşü səviyyələri yoxlanılır.