Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-24 12:22:00
Təhsil işçilərinin həmrəylik görüşü təşkil olunacaq

Dekabrın 26-da saat 11:00-da Təhsil Nazirliyinin dəstəyi ilə “T-NETWORK” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması “Təhsil işçilərinin həmrəylik görüşü”nü təşkil edəcək.

“T-NETWORK”dan  bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunacaq görüşdə həmvətənlərimizin yaşadığı ölkədəki məktəb adət-ənənəsi, valideyn, müəllim, şagird əməkdaşlığı istiqamətindəki yanaşmalar, idarəçilik baxışı, təhsilin inkişafı istiqamətində atılan addımlar, ölkəmizlə müqayisədə müşahidə edilən fərqlər fikir mübadiləsinin əsasını təşkil edəcək.