Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-22 16:15:00
Dərs proqramının ağırlığı müəllimlərə öz müqəddəs peşələrini unutdurub-Pedaqoq  

 

Dünyanı dəyişmək üçün istifadə edə biləcəyimiz ən güclü silah təhsildir. (N. Mandella)

 

Tədris proqramının ağırlığı təhsilin keyfiyyətinə necə təsir edir?

 

 Bu mövzu sosial şəbəkədə tez-tez müzakirə edilir. Hər kəs müxtəlif fikirlər səsləndirir. AzEdu.az pedaqoq Şəmil Sadıqın “İnsan mühəndisi” kitabında bu mövzu ilə bağlı yazılan fikirləri diqqətinizə çatdırır:

 

“Birmənalı şəkildə deyə bilərəm ki, bugünkü orta məktəb tədris proqramı insan yetişdirmək üçün çox ağırdır. Daha çox bilgi yönümlü təhsil sisteminə malik olduğumuzdan şagirdlərin yükünün ağırlığı diqqət cəlb edir. Dünya təhsil sistemində yanaşmalar çoxdan dəyişib. Elm, bilik öyrənməyin yeri universitetlər, elm ocaqlarıdır. Məktəb isə ilk olaraq tərbiyə müəssisəsi olmalıdır. O tərbiyə ki, içində milli ideologiya, əxlaqi dəyərlər, insani münasibətlər, özünüifadə, bacarıqlar və s. aşılanır. Lakin bu gün bizim şagird, valideyn və müəllimi sadəcə universitet birləşdirir. Hər kəs bu yarışın içindədir. Tədris proqramı vətəndaş yetişdirmədikcə bu halı yaşayacağıq. Etiraf edim ki, Təhsil Nazirliyi bütün gücü ilə bu yöndə çalışır. Bu addımı ilk olaraq qəbul proqramından başlamaq lazımdır. Proqramın yaddaş yüklü olması müəllimləri öz müqəddəs funksiyalarını unudub, şagirdlərə bilik əbərlətdirməklə məşğul edir.

 

Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Azərbaycan Müəllimlərinin XV Qurultayının iştirakçılarına təbrik məktubunda da bu məsələyə mükəmməl istiqamətverici fikri bunu bir daha sübut edir:

 

“İnanıram ki, müəllimlərimiz bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcək, təhsilin bütün pillərində kefiyyətin yüksəldilməsi, ölkədə müasir təhsil sisteminin qurulması və insan kapitalının formalaşmasına töhfələr verəcəklər. Gənc nəsli vətənpərvərlik, milli-mədəni irsə bağlı və azərbaycançılıq məfkurəsi uğrunda yetişdirəcək, yüksək peşəkarlığa və səriştəliyə malik, rəqabətə davamlı mütəxəssislər hazırlanması üçün əzmlə çalışacaqlar”.

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları