Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-22 12:33:00
Bu qədər məktəbdə xüsusi yoxlama aparılıb 

Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, respublikanın 50 ümumi təhsil müəssisəsində inspeksiya layihəsi həyata keçirilib.

 

AzEdu.az xəbər verir ki, bu layihənin həyata keçirildiyi ümumi təhsil müəssisələrinin 25-i BŞTİ-nin tabeliyindəki məktəblərdir.

 

2020-ci təqvim ilinin mart-may aylarını əhatə etmiş inspeksiya zamanı məktəb sənədlərinin yoxlanılması, dərslərin dinlənilməsi, mərkəzləşdirilmiş imtahanların nəticələri, müəllim, şagird və valideynlər arasında sorğuların keçirilməsi, təhlükəsizlik və sanitariya-gigiyena vıziyyətinin öyrənilməsi həyata keçirilib.