Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-21 16:21:00
Qiymətləndirmədə iştirak edə bilməyən şagirdlərə xoş xəbər – Yenidən keçiriləcək

 

 

“Budəfəki qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün 2021-ci ildə bu yenidən təşkil olunacaq”.

 

AzEdu.az çatdırır ki, bu fikirləri  “Virtual məktəb”də Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə canlı yayım zamanı qeyd edib. O, qiymətləndirmənin obyektiv keçirilməsi üçün valideynlərə də müraciət etdi:

 

“Qiymətləndirmənin daha şəffaf keçirilməsi üçün sistem daha təkmilləşdirilməlidir ki, əlavə təsirlər olmasın. Bununla valideyn müdaxiləsi olmadan daha obyektiv imtahan keçiriləcək. Valideynlərə müraciət edirəm ki, şagirdlərin dürüst insan kimi formalaşmasında övladlarına imtahan prosesi amanı müdaxilə etməsinlər”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları