Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-18 17:30:00
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu dekabrın 25-dək davam edəcək

Təhsil Nazirliyinin “Bizdən soruşurlar” layihəsi çərçivəsində daha çox müraciət edilən mövzularla bağlı sualların cavablandırılması prosesi davam etdirilir.

 

Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, “Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu nə vaxt bitir?” sualına cavab olaraq bildirilib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı elan edilən 2021-ci ilin yaz semestri üçün sənəd qəbulu dekabrın 25-i saat 23:59-dək davam edəcək.

 

Xatırladaq ki, proqram xaricdə prioritet ixtisas istiqamətləri və ixtisasları üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulur. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən idarə olunur.

 

Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə nazirliyin saytında yerləşdirilmiş elan vasitəsilə tanış olmaq mümkündür. Əlavə suallar olduqda maraqlanan namizədlər e-poçt vasitəsilə [email protected] ünvanına müraciət edə bilərlər.