Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-17 16:38:00
Qiymətləndirmədən yaxşı nəticə almaq istəyən şagird mütləq bunu edəcək – Acı reallıq

 

 

“Onlayn qiymətləndirmədə keyfiyyət problemi olacaq, bu qaçınılmazdır. Köçürmənin qarşısını almaq mümkün deyil.  Hazırda belə mexanizim yoxdur.  “Google”dan istifadə edə bilməyən şagirdlərimiz zəif nəticə göstərəcək. Əslində göstərilən zəif nəticə elə həqiqi nəticədir”. 

 

Bu fikirləri Azedu.az-a onlayn qiymətləndirmə barədə  təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov deyib.

 

O, zəif nəticə göstərən şagirdlər üçün dəstək dərslərinin təşkil olunmasının vacibliyi də vurğulayıb:

 

 

“Ehtimal ki, zəif nəticə göstərən şagirdlərin çoxu onlayn dərslərdən yararlana bilməyənlərdir.  Onlara əlavə dərslər təşkil etmək lazımdır.  Ənənəvi dərs zamanı məktəb rəhbərliyi icazə verərsə, müəllim özü istəkli olarsa, həmin şagirdlərlə dərsdənkənar məşğul olmaq olar. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq özəl məktəblərdə nəticəsi zəif olan şagirdlərə dəstək dərsləri təşkil olunur.  Eynilə həmin müəllimlər öz sinifindəki zəif şagirdlərə əlavə dərslər keçə bilər.

 

Həmçinin, dərs prosesində onlarla mövzular mütəmadi şəkildə təkrar olunmalıdır”.

 

Q. Məhərrəmov valideynlərlə əməkdaşlığın da mühüm rolu olduğunu qeyd edib:

 

“Üçüncü həll yolu isə valideynlərlə əməkdaşlıqdır.  Müəllim hər hansı video izahı valideynə göndərib tapşıra bilər ki, övladınız başa düşənə qədər bu materialları izləsin.  Özü də dərsdə tapşırıqlarla materialların nə dərəcədə qavrandığını yoxlayar”.