Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-17 14:38:00
Keçmiş məcburi köçkün məktəbində anlaşılmazlıq – Şagirdin qeydiyyatı niyə təsdiqlənməyib? – RTŞ-dən cavab

 

 

Pandemiya şəraitində onlayn formada davam etdirilən tədris ilinin birinci yarımilinin bitməsinə sayılı günlər qalıb.

 

Təhsil Nazirliyi onlayn tədrisin inkişafı və davam etdirilməsi üçün mümkün olan bütün metodları işə salıb.

 

Həmçinin 44 gün davam edən və ölkəmizin haqlı qalibiyyəti ilə başa çatan  Vətən Müharibə zamanı  bir çox bölgədə internet xətlərində problem yarandı, düşmən qüvvələrinin atdığı artilleriyadan məktəblər dağıdıldı.

 

Müharibə nəticəsində işğaldan azad edilən bölgələrimizdən biri də Kəlbəcər rayonudur.

 

Kəlbəcər məktəbləri hazırda paytaxtda və bölgələrdə fəaliyyət göstərir.

 

AzEdu.az-a Kəlbəcər rayon Təhsil Şöbəsi ilə bağlı şikayət daxil olub.

 

Bildirilir ki, Kəlbəcər rayon məktəblərindən biri 84 saylı orta məktəbin X sinif şagirdi Ağazadə Cavidin həmin təhsil müəssisəsinə qeydiyyatı rayon Təhsil Şöbəsi tərəfindən təsdiqlənmir.

 

Şagird C.Ağazadə  VIII və IX  sinifləri başqa məktəbdə təhsil alıb, 10-cu sinifdə isə 84 saylı məktəbdə oxumaq istəyib.

 

Məktəb Zabrat ərazisində yerləşir. Kəlbəcər RTŞ-nə müraciət edib sənədləri istədikdə, onların tapılmadığını qeyd ediblər və bununla bağlı suallardan yayınıblar.

 

Kəlbəcər Rayon Təhsil Şöbəsi şagirdi öz istəyi və icazəsi olmadan hansısa məktəbə qeydiyyata alıblar.

 

AzEdu.az məsələ ilə əlaqədar Kəlbəcər Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayıb. RTŞ-dən bildirildi ki, şagirdin yerdəyişməsini elektron qaydada  valideyn həyata keçirir. Şagirdin 84 saylı məktəbin şagirdi olması təsdiqlənib.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları