Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-14 14:57:00
Səfərbərlik səbəbi ilə sənəd qəbulunda iştirak edə bilməyən subbakalvların nəzərinə - Nazirlik AÇIQLADI

44  günlük  Vətən  müharibəsinin  iştirakçıları  arasında  universitetə  yeni  qəbul  olan  subbakalavrlar  da  yer  alır.

 

Cəbhədə  yaranmış  vəziyyətlə  bağlı  hərbi  təlimlər  keçirilməyə  başladı  və  daha  sonra  qismən  səfərbərlik  elan  edildi.  Bu  səbəblə  subbakalavrların  bir  qismi  qəbul  olduğu  universitetin  qeydiyyat  prosesində  iştirak  edə  bilmədi.

 

Bəs  bu  tələbələr  üçün  nə  kimi  tədbirlər  görülə, hansı  addımlar  atıla  bilər?

 

Təhsil  eksperti  Elçin  Süleymanov  AzEdu.az-a  açıqlamasında  bildirib  ki, bu  məsələdə  universitetlərin  elə  bir  səlahiyyəti  yoxdur:

 

“Qeydiyyat  müddətində  qeydiyyatdan  keçməyənlər  DİM  və  Təhsil  Nazirliyinə  bildirilir. Qeydiyyatdan  keçənlər  üçün  isə  müvafiq  icra  qurumu  əmr  çıxarılır  və  onlar  o  əmrdən  sonra  universitetin  tələbəsi  sayılır. Düşünürəm  ki,  bu  cür vəziyyətdə  olanlar  DİM  və  Təhsil  Nazirliyinə   müraciət  etsələr  onların  qanunvericiliyə  uyğun  tələbəyə  edilə  biləcək  gezəşt  imkanları  araşdırıla  bilər. Artıq  əksər  universitetdə  semestr  müddəti  yekunlaşmaq  üzrə  olduğundan  ola  bilər  ki,  ikinci  semestrdən  o  tələbələr  universitetə  qeydiyyatı  aparıla  bilər. Amma  qeyd  etdiyim  kimi  bu  məsələdə  univetsitetlərin  səlahiyyətləri  məhduddur.”

 

Məsələ  ilə  bağlı  Təhsil  Nazirliyi  AzEdu.az-ın  sorğusuna  cavab  olaraq  bildirilib  ki,  həmin  tələbələr  müraciət  etdikləri  halda  qaldırılan  məsələyə  yenidən  baxıla  bilər:

 

“Ali  və  orta  ixtisas  təhsili  müəssisələrinə  qəbul  olunmuş  və  səfərbərliklə  əlaqədar  ordu  sıralarına  cəlb  olunmuş  şəxslərin  qeydiyyatdan  keçməsi  üçün  təhsil  müəssisələri  tərəfindən  hər  cür  şərait  yaradılmışdır. Hətta  bir  çox  əsgərlərimiz, valideynləri  və  ya  digər  nümayəndələri  tərəfindən, onlayn  qaydada  qeydiyyatdan  keçirilmişdir. Oktyabr  ayı  ərzində  qeydiyyat  prosesi  başa  çatmış  və  noyabr  ayının  1- nə  qədər  Dövlət  İmtahan  Mərkəzi  tərəfindən  ali  və  orta  ixtisas  təhsili  müəssisələrinə  qəbul olunmuş  tələbələrin  əmrləri  göndərilmişdir. Ali  və  orta  ixtisas  təhsili müəssisələrinə  qəbul  olunmuş  tələbələr  hərbi  xidmətlərini  başa  vurduqdan  sonra  müraciət  etdikləri  halda  qaldırılan  məsələyə  yenidən  baxıla  bilər.”

 

Qeyd  edək  ki,  bir  müddət  öncə  ADNSU-a  qəbul  olan, ancaq  sənədlərini   təqdim  edə  bilməyən  subbakalvr  Mustafa  Həsənovun  universitet  təhsili  bərpa  edildi.