Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-08 17:09:00
Universitetlər təhsilhaqlarını özləri müəyyənləşdirə biləcəklər-Adil Vəliyev

“Hər universitet təhsil xərclərini özü müəyyən edə biləcək”.


Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.


O, Baş nazir Əli Əsədovun təhsil xərclərinin illik miqdarının müəyyənləşdirilməsi qərarına münasibət bildirib.


“Dünən verilən qərar dövlətin hər bir tələbəyə ayırdığı illik təhsil vəsaitini göstərir. Bu bütün universitetlər üçün keçərlidir. Müəyyən olunan məbləğə görə hər bir ali məktəb təhsil xərclərini özü müəyyən edə biləcək.Hər universitet eyni ixtisas üçün fərqli təhsilhaqqı qoya bilər. Onlar ixtisaslara görə təhsil xərclərini təhsil haqları ilə tamamlayacaq”.


Qeyd edək ki, 7 iyulda ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı təsdiq edilib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları