Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-12 15:35:00
Çində təqaüd proqramına qəbul bu tarixdə başa çatacaq      

Çin Xalq Respublikası 2021-2022-ci tədris ili üçün təqaüd proqramı elan edir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki dövlətin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində müəyyən edilmiş ixtisaslar üzrə təhsil almaq imkanı yaradır.

 

Təqaüd proqramına sənəd qəbulu 2021-ci il yanvarın 6-na qədər aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2021-ci ilin iyul ayı ərzində təqdim olunması gözlənilir.