Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-24 16:01:32
Türkiyədə prezidentliyə namizədlərin təhsilləri - müəllim, lisey müdiri, elmi tədqiqatçı olanlar

 

Türkiyədə prezidentliyə namizədlərin təhsilləri - müəllim, lisey müdiri, elmi tədqiqatçı olanlar

Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilir.  Bu ilin aprel ayında ölkə rəhbərliyi növbədənkənar seçkilərin keçirilməsi barədə qərar verib.

Səsvermə prosesi ölkə daxilində iyunun 24-ündə  səhər saat 8-də başlayıb. Axşam saat 5-də isə seçki məntəqələrinin qapıları seçicilərin üzünə bağlanacaq.

Prezidentlik üçün 6 namizəd mübarizə aparır:

Rəcəb Tayyib Ərdoğan – AKP;

Meral Akşener - İYİ Partiya;

Muharrem İnce – CHP;

Doğu Perinçek - Vətən Partiyası;

Temel Karamollaoğlu - Səadət Partiyası;

Selahettin Demirtaş – HDP.

AzEdu.az prezidentliyə namizədlərin təhsil  bioqrafiyasını diqqətə çatdırır:

Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulda anadan olub. 1965-ci ildə Kasımpaşa Piyalə orta məktəbini, 1973-cü ildə isə İstanbul İmam Hatip Liseyini bitirib.

Marmara Universitetinin İqtisadi və ticari elmlər fakültəsində təhsil alıb.

Meral Akşener  18 iyul 1956-cı ildə İzmitdə doğulub. 1974-cü ildə Bursa qızlar  liseyini bitirdikdən sonra, İstanbul Universitetinin Ədəbiyyat fakültəsinə daxil olub. 1979 və 1982-ci illərdə müəllim kimi çalışan Akşener, 1982-ci ildə Yıldız Texniki Universitetinin mühəndislik fakültəsində araşdırma qrupunun rəhbəri olub.

Muherrem İnce uşaqlıqdan müəllim olmağı xəyal edib və hər zaman “mən müəllim olacağam!” şüarı ilə yaşayıb. Uludağ Universiteti Təhsil fakültəsində Fizika-Kimya müəllimliyi ixtisası üzrə təhsil alıb. Fizika müəllimi olaraq müxtəlif liseylərdə çalışıb. O eyni zamanda lisey müdürü kimi də fəaliyyət göstərib.

 Doğu Perincek 1942-ci ildə Qaziantepdə dünyaya gəlib. İbtidai və orta təhsilini Ankarada Ankara Sarar məktəbi, Atatürk liseyi və Ankara Baxçalıevlər liseyində alıb. Ali təhsilini isə Ankara Universitetinin Hüquq fakültəsində başa vurub. Alman dilini mükəmməl, ingilis dilini orta səviyyədə bilir.

Temel Karamollaoğlu  7 iyun 1941-ci ildə Kahramanmaraşda anadan olub. İbtidai və orta təhsilini Kayseridə alıb. 1964-cü ildə Mançestr Universitetinin tekstil texnologiyası ixtisasını bitirib. 1960-cı ildə təhsilini davam etdirmək üçün İngiltərəyə gedən Karamollaoğlu, magistr təhsilini də Mançestr Universitetində başa vurub.

Selahhettin Demirtaş hüquqşünasdır. Ankara Universitetinin hüquq  fakültəsində təhsil alıb.

 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları