Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-23 10:47:21
BŞTİ-dən diplom satdığı iddia edilən direktorla bağlı RƏSMİ AÇIQLAMA

Şagirdlərə Fəxri Fərman  və saxta diplom satdığı iddia edilən direktorla bağlı AzEdu.az-ın sorğusına Bakı Şəhər Təhsil İdarəsində cavab olaraq bildirilib ki, qeyd olunan məlumatların heç bir əsası yoxdur.

Qeyd edək ki, mediada Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində fəaliyyət göstərən 307 saylı tam orta məktəbdə şagirdlərdən zorla qanunsuz pullar yığılmasıyla bağlı məlumatlar yayılıb. Məlumatda bildirilir ki, məktəbdə şagirdlərdən müxtəlif vasitələrlə pul yığılır. Valideynlərin sözlərinə görə, məktəb direktoru Rövşən Qasımovun təkidi ilə şagirdlərə Fəxri Fərman və diplomlar satılır. Bu sənədlərin satışı isə məcburidir. Belə ki, hər sinif rəhbəri valideynləri yığaraq onların hər birindən 5 manat pul tələb edir. Əvəzində isə müəllimlər valideynlərə övladlarının adına yazılmış diplomlar satır. Diplom guya ki, şagirdin orta məktəbdə özünü nümunəvi aparması, dərslərə davamiyyəti və yaxşı oxuması haqqında verilir. Şagirdlər deyirlər ki, bu cür diplomlar 1 ci sinifdən 11-ci sinfə qədər hər bir şagirdin adına yazılır. Diplom və ya təltifnamə hazır olan kimi sinif rəhbərlərinə təqdim edilir və hərəsinə görə müəllimdən 5 manat tələb olunur. Müəllimlər də həmin təltifnamələri şagirdlərə və onların valideynlərinə verməklə onlardan 5 manat tələb edir. Valideynlər bildirirlər ki, orta məktəbdə 86 sinif var. Hər ay hər sinifdən ən azı 15-20 şagirdə təltifnamə verilməlidir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları