Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-23 10:24:00
Ümumilikdə nə qədər tələbə qiyabi təhsil alır? – Bu universitetlər üstünlük təşkil edir

2017/2018-ci tədris ilində bütün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində oxuyan tələbələrin 135.299 nəfəri (91%) əyani, 12.606 nəfəri (9%) qiyabi təhsil alır.

AzEdu.az xəbər verir ki, Bakalavriat səviyyəsində əyani təhsil forması üzrə Təhsil Nazirliyinə tabe olan ali təhsil müəssisələrində 21.342 nəfər, özəl ali təhsil müəssisələrində 12.311 nəfər, Rusiya Federasiyasının ali təhsil müəssisələrinin Bakı filiallarında isə 797 nəfər təhsil alır.

Qiyabi təhsil forması üzrə Təhsil Nazirliyi tabeliyində olan ali təhsil müəssisələrində 9.413 nəfər, digər dövlət qurumlarına tabe olan ali təhsil müəssisələrində 2.510 nəfər, özəl ali təhsil müəssisələrində 683 nəfər oxuyur. Rusiya Federasiyasının ali təhsil müəssisələrinin Bakı filiallarında isə qiyabi təhsil alan yoxdur.

Qeyd edək ki, ali məktəblərin bakalavriat səviyyəsində ümumilikdə 147.905 tələbə təhsil alır.