Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-22 17:10:00
Ən az plan yeri ayrılan universitetlərin adları AÇIQLANDI

2017-ci il üzrə özəl ali təhsil müəssisələrində qəbul sayın ayrılan plan yerlərindən 50%-dən  aşağıdır.

AzEdu.az 2017/2018-ci tədris ilində plan yerlərinə qəbul faizi ən aşağı olan 5 ali təhsil müəsisəsini təqdim edir:

1.Azərbaycan Texniki Universiteti – 60.6%
2.Azərbaycan Universiteti – 43.8%
3.Bakı Biznes Universittei – 43.7%
4.Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası – 42.1%
5.Odlar Yurdu Universittei – 40.9%

Tələbə qəbulu üçün ayrılmış plan yerlərinin qəbul faizi müxtəlif ali təhsil müəssisələrinə görə fərqlənir. Azərbaycan Turizm və Menecment Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Respublikası Prezindeti yanında İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitteinin Bakı filialı və Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasına ayrılmış plan yerlərinə qəbul 100% təşkil edib.

Qeyd edək ki, 2017/2018-ci tədris ili üçün Bakı Dövlət Universiteti (5.245), Azərbaycan Dövlət İqtisad Universiteti (3.527), Azərbaycan Dövlət Pedaqoji Universiteti (2.843), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (2.502) və Azərbaycan Texniki Universiteti (1.853) ən çox sayda tələbə qəbul edən 5 universitetdir.