Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-16 12:50:00
Qarabağda mütləq  yeni təhsil müəssisələri  yaradılmalıdır – Deputat

 

 “Gələcəkdə Qarabağda yeni təhsil müəssisələrinin yaradılması məsələsi nəzərdən keçirilə bilər”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, millət vəkili Ceyhum Məmmədov deyib.

 

O, Qarabağın Azərbaycanın qədim təhsil mərkəzi olduğunu söyləyib:

 

“Qarabağ Azərbaycanın qədim mədəniyyət və elm mərkəzlərindən biridir. Bu bölgə Azərbaycan tarixinə bir çox tanınan simalar bəxş edib. Burada bir sıra alimlər və dəyərli insanlar yetişib.

 

Qarabağımız  işğaldan azad edilib, bizim bu torpaqlarımızda bir sıra təhsil müəssisələri, institut, məktəb, kollec və texnikumlar fəaliyyət göstərib.

 

Təəssüf  ki, işğal müddətində bu təhsil obyektləri mənfur düşmənimiz  tərəfindən dağıdılıb. Dağlıq Qarabağ böyük bir bölgəni əhatə edir.

Gələcəkdə burada yeni təhsil müəssisələrinin yaradılması məsələsi nəzərdən keçirilə bilər. Qarabağda yeni universitetin yaradılması məsələsinə baxıla, bununla yanaşı, texniki peşə məktəbləri  və kolleclərin yaradılması gələcəkdə gündəm ola bilər.

 

Əvvəlki dövrlərdə bu istiqamətdə işlər həyata keçirilib. Dağlıq Qarabağ eyni zamanda  musuqi, mədəniyyət və sənətkarlığının məbədlərindən biridir. Bu istiqamətdə incəsənətlə bağlı müəyyən təhsil müəssisələrinin yaradılmasının nail oluna bilər. Ağcabədi rayonunda Pedoqoji Universitetin filialı yaradılıb. Şuşa və Qarabağın digər ərazilərində təhsil müəssisələrinin yaradılması nəzərdə tutulur. Bildiyimiz kimi, Xankəndidə Sovet hakimiyyəti dövründə təhsil müəssisəsi fəaliyyət göstərirdi. Hazırda digər şəhərlərimizdə olan universitetlərin potensialı nəzərdən keçirilə  və bu istiqamətdə tədbirlər planı hazırlana bilər. Eyni zamanda, Qarabağ təhsil regionu kimi də nəzərdən keçirilə bilər”.

 

Qeyd edək ki, 10 noyabrda Dağlıq Qarabağ bütünlükdə işğaldan  azad edildi. Ümid edirik ki, yaxın zamanda təhsil müəssisələrimiz Qarabağda da fəaliyyətə başlayacaq.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları