Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-12 16:31:00
Bu tarixdə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları keçirəcək    

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı”na (təsnifat linkdə verilib) əsasən Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə aşağıdakı xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları keçirəcək:

 

Fiziki tərbiyə müəllimliyi;

Rəqs müəllimliyi;

Aktyor sənəti;

Aşıq sənəti;

Bədii yaradıcılıq işi;

Dekorativ tətbiqi sənət (sahələr üzrə);

Dizayn (sahələr üzrə);

Heykəltaraşlıq;

Xoreoqrafiya sənəti (sahələr üzrə);

İnstrumental ifaçılıq (alətlər üzrə);

Kinooperator sənəti;

Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə);

Rəngkarlıq (sahələr üzrə);

Teatr dekor sənəti;

Vokal sənəti (sahələr üzrə).

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul proqramları “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci sayında dərc olunacaq.