Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-11 17:32:00
BMU-nun əməkdaşı “Əl-cəzirə” kanalında Qarabağa aid verilişdə iştirak edib - FOTO

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Amil Abdullayev “Əl-cəzirə” kanalında yayımlanan verilişin xüsusi buraxılışında iştirak edib. Qarabağa həsr olunmuş verilişə “Armin Press”in rəhbəri, erməni jurnalist Dekran Kaboyan və iordaniyalı general Maamoun Abu Nawwar da qatılıb.

 

AzEdu.az xəbər verir ki, A.Abdullayev Şuşanın işğaldan azad olunması və bu şəhərin Azərbaycan üçün əhəmiyyəti, Türkiyə ilə əlaqələr, münaqişə ətrafındakı son durumla bağlı sualları cavablandırıb.

 

Verilişdə aparılan müzakirələrlə daha ətraflı aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür.

 

https://youtu.be/I1eX0qBO5Wk