Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-11 15:01:00
Azərbaycan Texniki Universiteti: “Beta Dynamics” şirkəti ilə əməkdaşlıq çərçivəsində təlimlər keçirilir  

Azərbaycan Texniki Universiteti və “Beta Dynamics” şirkəti arasında əməkdaşlıq davam edir.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, əməkdaşlıq çərçivəsində şirkət ali məktəbin tələbə və məzunlarının elektronika və proqramlaşdırma ixtisasları üzrə biliklərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirir. Proqram üzrə 11 təlimçi hazırlanması nəzərdə tutulur.

 

İştirakçılar qida mənbələri, əl alətləri, “plata” çapı üçün müxtəlif kimyəvi maddələr, cihazlar haqqında nəzəri və təcrübi biliklər mənimsəməklə yanaşı, bir sıra proqramlar (Proteus, İSİS, SCADA və s.) ilə işləmək imkanı əldə edəcəklər.