Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-11 12:41:00
Tələbələrin təhsil  haqqılarındakı  güzəşt  üçün  qeydiyyatı  başa çatdı  

 

Sosial  baxımdan  həssas  ailə  qrupuna  aid  edilən  tələbələrin  təhsil  haqqının  dövlət  tərəfindən  ödəliməsi  ilə  bağlı  qeydiyyat  prosesi  yekunlaşıb.

 

Təhsil  Nazirliyindən  AzEdu.az-a  verilən  məlumata  görə, https://e-telebe.edu.az  elektron  portalı  vasitəsilə həyata  keçirilən  tələbələrin  qeydiyyat  prosesi  10.11.2020 ci il  tarixində  başa  çatıb.

 

Qeyd  edək  ki, Təhsil  Nazirliyi  tərəfindən   https://e-telebe.edu.az  elektron  portalı  vasitəsilə  sosial  baxımdan  həssas ailə qrupuna  aid  edilən  ailələrin üzvü  olan  birinci  kurs  tələbələrinin  təhsil  haqqının  dövlət  tərəfindən  ödənilməsi  ilə  bağlı  müraciətlərin  qəbulu  üçün  30  sentyabr  2020-ci  ildən  etibarən  aktivləşdirilmişdi.