Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-11 11:28:00
Universitetlərimiz Şuşada öz filiallarını açmaq istəyirlər – Rektorlardan açıqlama

 

44 gün davam edən  Vətən Müharibəsi Azərbaycanın böyük qələbəsi ilə nəticələndi.

 

Prezident  İlham Əliyev 10 noyabr tarixində  xalqa etdiyi   müraciəti  zamanı  bu  torpaqlarda  əsaslı  yenidən  qurma  işlərinin  aparılacağını  və  yaşayışın  tam  bərpa  ediləcəyini  qeyd  etdi.

 

Eyni  zamanda  azad  edilən  ərazilərdə  ilk qurulan infrastrukturlar arasında sözsüz ki, təhsil müəssisələri də olacaq.

 

Ölkəmizdə  nüfuzlu  özəl  ali  təhsil  müəssisələri   işğaldan azad olunan ərazilərimizdə  universitetlərinin  filialını  açmağı  düşünürlərmi?

 

Azərbaycan  Kooperasiya  Universitetinin  rektoru, millət vəkili   Eldar  Quliyev  AzEdu.az-a açıqlamasında  xüsusilə  Şuşa  şəhərində  həm  univesitet, həm  də  kollecin  filialını  açmağı  çox  istədiklərini qeyd edib:

 

“İlkin olaraq,  bir  neçə  il ərzində  orada  yenidənqurma  və  əhalinin məskunlaşması  işləri  həyata  keçiriləcək. Daha sonra, əlbəttə ki, təhsil müəssisələri və digər müəssisələr  bərpa  ediləcək. Bizim o torpaqlarda  nə  ali  təhsil  müəssisəmiz,  nə  də  kollecimiz  olmayıb.  Ancaq  biz  çox  məmnuniyyətlə, xüsusilə  də  Şuşa  şəhərində  təhsil müəssisəsi açmaq  istəyərik.

 

Bildiyimiz  kimi,  Azərbaycan  Kooperasiya  Universitetinin  təsisçisi   Azərbaycan  Mərkəzi  Kooperativlər  İttifaqıdır.  O  bölgədə  Kooperativlər İttifaqının çox  böyük  əmlakı  olub: çörək  zavodları, tikiş  fabrikləri, böyük  bazalar. Daha  sonra  azərbaycanlı  əhalinin  oradan  məcburi  şəkildə  köçürülməsi, o  torpaqların  işğal edilməsi  nəticəsində  bütün  əmlaklarımız  məhsullarımızla birlikdə  məhv edilib, dağıdılıb.

 

Dünya  artıq  demək  olar  ki, Şuşa  şəhərini  tanıyır.  Şuşa  artıq  tam  olaraq  bizim  nəzarətimiz  altında  olacaq.  Müxtəlif  sahələr  üzrə  orada  istər  dövlət, istərsə  də  özəl  müəssisələr açılacaq. İnşallah  bərpa  işləri  tamamlandıqdan  sonra  Şuşada  həm Kooperasiya  Universitetinin,  həm də  kollecimizin  filialını açmaq  istəyərik.”

 

Xəzər  Universitetinin  təsisçisi və Qəyyumlar Şurasının sədri, professor   Hamlet  İsaxanlı    işğaldan  azad  edilən  ərazilərimizdə  təhsil  ilə  bağlı  müəyyən  işlər  görməyi  planlaşdırdıqlarını  bildirib:

 

“Düşünürəm  ki, hər  kəs  öz  sahəsi  üzrə  Qarabağda, xüsusi  ilə  Şuşada  mütləq  bir  iş  görməlidir. Bizim  işimiz  də  elm  və təhsilin  təşkili  ilə  bağlıdır.  Biz  böyük  məmnuniyyətlə  orada  müəyyən  işləri  görməyi  planlaşdırırıq. Təbii  ki,  əvvəlcə  yollar  açılsın, ümumi  bərpa  işləri  görülsün. Daha  sonra  biz  inşallah  mütləq  o  ərazilərdə  müyyən  işlər  həyata  keçirəcəyik.”

 

Qeyd  edək  ki, sentyabrın 27-dən etibarən Azərbaycan  ordusunun  Qarabağda  başldığı  əks-hücum   əməliyyatı, noyabrın  10-da  Ermənistan  tərəfinin  məğlubiyyəti qəbul  edərək  kapitulyasiya  imzalaması , Azərbaycanın  isə tam  qələbəsi  ilə  başa  çatdı.

 

Qarabağ  Azərbaycandır!