Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-07 15:28:00
UNEC-də milli mətbuatın yaranmasının 145 illiyinə həsr olunan tədbir keçirilib    

UNEC-də Azərbaycan milli mətbuatının 145 illiyinə həsr olunan tədbir keçirilib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, ümümi  fənlərin  tədrisinin təşkilin  departamenti  ilə  Biznes və menecment  fakultəsinin birğə  keçirdiyi tədbirdə departamentin direktoru, dos.Gülnarə Rzayeva ölkədə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə göstərilən diqqət və qayğıdan danışıb.

 

“Azərbaycan dili” kafedrasının müdiri prof.Tofiq Əbdülhəsənli isə milli mətbuatımızın tarixinə nəzər salıb. Bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuluan mətbuatın Bütün Qafqazda böyük əks-səda doğuduğunu, qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olduğunu qeyd edib. Bildirib ki, dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzeti səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.

 

Tədbirdə iştirak edən Azərbaycan Milli Mətbuat Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə mütərəqqi ideyaların carçısı və tribunası olan "Əkinçi"də elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edildiyini bildirdi. Qəzetin qazandığı ən böyük uğurların ilk növbədə, onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması barədə danışdı. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olduğunu bildirdi.

 

Sonra kafedranın dosentləri Cəlal Allahverdiyev və Aynur Qadımalıyeva çıxış edərək milli mətbuatımızın inkişafı, müasir mətbuat barədə fikirlrini bölüşüblər.