Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-06 16:30:00
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əməkdaşlığını genişləndirir  

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “Mətanət A” şirkəti arasında anlaşma memorandumu imzalanıb.

 

Mərkəzdən AzEdu.az-a verilən mki, əməkdaşlığın başlıca məqsədi inşaat istiqaməti üzrə kadr hazırlığını təşkil etmək və kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdir.

 

Əməkdaşlıq çərçivəsində mərkəzdə müvafiq istiqamətlər üzrə təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramlarının keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə “Mətanət A” şirkəti tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur.

 

Qeyd edək ki, şirkət ən son rəqəmsal texnologiyalarla təchiz olunan zavodlarında avtomatlaşdırılmış formada istehsal prosesini həyata keçirərək inşaat məhsullarının istehsalı ilə məşğuldur. Mərkəzin avtomatika istiqaməti üzrə təhsil alan tələbələri şirkətin mühəndis heyətindən, eləcə də aparıcı mütəxəssislərindən avtomatlaşdırılmış avadanlıqların işləmə prinsipləri ilə əlaqəli məlumatları əldə etmək və təcrübədən keçirmək imkanına malik olacaqlar.

 

 

Eyni zamanda, ixtisas təkmilləşdirilməsi üzrə birgə kurslar, qarşılıqlı maraq kəsb edən mövzularda seminarlar, təlimlər təşkil olunacaq. Tədris proqramları və layihələrin hazırlanmasında da tərəfdaş şirkət tərəfindən dəstək göstəriləcək.