Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-06 15:54:00
AzTU məzunları “Vəliyev” MMC-də işlə təmin edilib

Azərbaycan Texniki Universitetinin (AzTU)  Karyera Mərkəzinin əməkdaşlarının təşəbbüsü ilə  Sumqayıt şəhərində yerləşən "Vəliyev" MMC-də universitetin Metallurgiya və materialşünaslıq fakültəsinin IV kurs tələbələri və məzunları üçün Karyera Günü keçirilib.

 

Universitetdən  AzEdu.az-a verilən məlumata görə, əvvəlcə iştirakçıların ixtisas bilikləri yoxlanılıb, müəssisənin işə qəbul komissiyasının üzvləri tərəfindən müvafiq qiymətləndirilmə aparılıb.  Müsahibəni uğurla keçən AzTU-nun 4 məzunu şirkətdə işə qəbul olunub.

 

Qeyd edək ki, "Vəliyev" MMC 6 zavod komleksindən ibarətdir. Burada plastik və metal enjeksion, metaltökmə, qəlib, maşınqayırma dəzgahlarının idarə olunması və  plastik avadanlıqların istehsalı həyata keçirilir.