Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-06 12:53:00
“Beta Dynamics” şirkəti  AzTU tələbələri üçün master class təlimlərini davam etdirir

“Beta Dynamics” şirkəti  Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlığı davam etdirir.

 

Universitetdən  AzEdu.az-a verilən məlumata görə, əməkdaşlıq çərçivəsində şirkət universitetin tələbə və məzunlarının elektronika və proqramlaşdırma ixtisasları üzrə biliklərinin təkmilləşdirilməsi məqsədilə oktyabrın 15-dən master class təlimlərinə başlayıb.  Ümumilikdə 11 təlimçininin hazırlanmasını nəzərdə tutan proqram üzrə dərslər iki ay davam edəcək. Təlimlərdə iştirak edənlərdən 5 nəfər AzTU məzunudur.

 

İştirakçılar Osiloqraf, qida mənbələri, əl alətləri, plata çapı üçün müxtəlif kimyəvi maddələr, cihazlar və xam plata, motorlar haqqında nəzəri və təcrübi biliklər mənimsəməklə yanaşı, simulyasiya proqramları (Proteus İSİS və s.) və dövrə elementləri kataloqu proqramları (ölçü cihazları və əl cihazları, rəqəmsal və analoq dövrələr, lehimləmə, lehim alətləri və kimyəvi maddələr, sistem və dövrələrdəki problemlər və onların həlli yolları, SCADA və s.) ilə işləmək imkanı əldə edəcək. 

 

Şirkətin elektronika mühəndisi Nurlan Rəhimli tərəfindən aparılan təlimlər ödənişsizdir.