Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-23 15:31:00
Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir  

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlər oktyabrın 21-dən başlanan qeydiyyatı davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada oktyabrın 26-dək aparılacaq. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək. Qəbul olanların siyahısı ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tanış olmaq mümkündür.

 

Xatırladaq ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak üçün 5934 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1292 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.