Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-20 10:17:00
İkinci ALES imtahanının vaxtı açıqlanıb

Əvvəlki illərdə iki dəfə təşkil olunan ALES imtahanı  2018 ildən üç dəfə keçiriləcək. Dəyişikliyə əsasən, ikinci imtahanın vaxtı açıqlanıb.

AzEdu.az xəbər verir ki, YÖK (Yüksəköğretim Kurulu)  sədri Yekta Sərrac Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavını (ALES) bu il üç dəfə keçirməyi qərara aldıqlarını bildirib.

Onun sözlərinə görə, ALES-2 imtahanı 30 sentyabr 2018, ALES-3 isə əvvəl də  elan edildiyi kimi 18 noyabr tarixində keçiriləcək.

Müraciət tarixi

2-ci sınağa müraciət tarixləri: 24 iyul - 02 avqust  olaraq müəyyənləşdirilib.

Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM) tərəfindən 30 sentyabrda olacaq ALES ilk dəfə 81 rayonda keçiriləcək. İmtahan saat 10:15-də başlayacaq və 150 dəqiqə (2.5 saat) davam edəcək.

ALES bal hesablama

Namizədlərin hər testdə suallara verdikləri düzgün və səhv cavablar ayrı-ayrılıqda toplanacaq. Doğru cavab sayından səhv cavabların sayının dörddə biri çıxılaraq ballar toplanacaq.