Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-14 14:25:00
UNEC-in 3 tələbəsi London Universitetini uğurla bitirdi    

UNEC-in 3 tələbəsi London Universiteti/London İqtisadiyyat Məktəbinin beynəlxalq bakalavr proqramından məzun oldu.

 

 

AzEdu.az xəbər verir ki, UNEC tələbələri ikinci kursdan beynəlxalq proqrama qoşularaq, hər iki universitetin dərslərini dinləyiblər. Dərslər UNEC-in təcrübəli müəllimləri tərəfindən London Universiteti/London İqtisadiyyat Məktəbinin proqramına əsasən tədris olunub. İmtahanlar isə London Universiteti/London İqtisadiyyat Məktəbi tərəfindən onlayn olaraq keçirilib.

 

 

4 illik təhsili müvəffəqiyyətlə bitirən tələbələr UNEC-in diplomunu əldə ediblər, London Universiteti/London İqtisadiyyat Məktəbinin diplomunun təqdimolunma mərasimi isə Londonda keçiriləcək.