Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-18 15:37:12
Distant təhsillə  bağlı  ən  çox  verilən suallar  – Cavablar AzEdu.az-da

 

İşləyən, eyni zamanda da təhsil almaq istəyən hər kəs bugün distant təhsilə üz tutur. Bu yolla tam qanuni və tanınan diploma sahib olurlar.

 AzEdu.az distant təhsillə bağlı sual və cavabları təqdim edir.

 Sualları CELT Colleges xaricdə təhsil şirkətinin distant təhsil üzrə mütəxəssisləri cavablandırır.

 -Xaricdə qiyabi master təhsil imkanları harada var?

 -Qiyabi təhsil, Avropa ölkələrində mümkün deyil. Çünki ona viza verilmir. Amma distant, yəni, onlayn təhsil mümkündür. Bu isə yalnız ölkə vətəndaşları üçündür. Qiyabi təhsil (ölkəyə ildə bir neçə dəfə gedib-gəlmək şərti ilə) Türkiyədə mümkün ola bilər.

-Çexiyada distant  təhsil haqqında  məlumat  verə bilərsiniz?

 -Təəssüf  ki, Çexiyada distant təhsil yoxdur. Distant təhsil Böyük Britaniya, Macarıstan və Türkiyədə mümkündür. MBA təhsili isə dünyanın hər  yerində var. Əslində distan təhsil üçün hansı ölkə olması önəmli deyil. Əsas odur ki, qanuni və tanınmış universitet olsun.

-Distant təhsil diplomu Azərbaycanda təsdiq olunur?

-Azərbaycan Təhsil Nazirliyi hələlik heç bir distant təhsili tanımır. Heç Azərbaycanın özündə tam distant təhsil yoxdur. Amma yəqin ki, gələcəkdə tanınar. Distant təhsil artıq dünyada böyüyən sahədir. Azərbaycanın bundan kənarda qalması mümkün deyildir.

-Bakıda bakalavr təhsilini qiyabi alaraq  xaricdə ikinci bakalavrtəhsilinə başlaya bilərəm?

-Bəli, orada olacağınız müddətdə heç bir problem yoxdur.

-Mən onlayn High School təhsili almaq istəyirəm. əgər onlayn təhsil alsam, universitet diploma tanıyıb qəbul edəcək?ucuz qiymətə 259 dollara olanları var, onlara güvənmək olar?

-“Online high school” diplomunuzu hansı universitetlərin qəbul etməsini demək çətindir. Zəhmət olmasa həmin məktəblərin özü ilə əlaqə saxlayın. Eyni zamanda bizim Təhsil Nazirliyi ilə də əlaqə yaratmalısınız.

-Evdə ibtidai distant təhsil ala bilərəm?

-İbtidai distant təhsil deyilən nir şey yoxdur.

-Mən bakalavr təhsilini Bakıda almışam. Amma indi Türkiyədə magistr distant tehsili almaq istəyirəm. İngilis dilini isə bilmirəm. Nə etməliyəm?

Magistr distant təhsilini Türk dilində ala bilərsiniz.

-Mən Türkiyədə bakalavr üzrə distant təhsil almaq istəyirəm. Qeydiyyat nə vaxt başlayır?

-Təəssüf ki, bakalavr üzrə bu mümkün deyil

-Memar-dizaynerlik üzrə distant təhsil almaq olar? Hansı universitetlərdə bu, dövlət xətti ilə mümkündür?

-Memarlıq üzrə distant təhsil mümkün deyil. Dizayn ola bilər. Amma bunlar da ödənişlidir və dövlət xətti ilə mümkün deyil. Çünki dövlət hələ distant proqramlarını tanımır ki, ona təqaüd də versin. Distant təhsil işləyən və öz hesabına oxuyan insanlar üçün əlverişlidir.

-Mən işləyirəm. Bilmək istəyirəm attestatla qiyabi hansı universitetdə oxuya bilərəm ( əsəs mühəndislik yol vəya tikinti )?

-Mühəndisliyin qiyabi təhsili olmur. Yalnız iqtisadiyyat və idarəetmə mümkündür.

-Türkiyənin hansı universitetində uluslararsı ilişkiler nölümünü oxuya bilərəm?Anadolu və Atatürk universitetlərində bu ixtisas var? İldə neçə dəfə gedib imtahan verməliyəm və təhsilhaqqı nə qədərdir?

Bəli, Anadolu Universitetində qeyd etdiyiniz ixtisas var. İldə iki dəfə (yanvar-may aylarında) imtahana getməlisiniz. İllik təhsil haqqı isə 900 dollardır.

-Mən İngiltərə universitetlərinin birində distant magistr təhsili almaq istəyirəm. Bu mümkündürsə hansı imtahanı verməliyəm?

Təkcə İELTS 6.5 sertifikatı kifayətdir. İxtisasınıza uyğun magistr proqramı seçə bilərsiniz.

-Eşitdiyimə görə Norveçdə distant təhsil ödənişsizdir. Bu məlumat doğrudur?

Norveçdə distant təhsil yoxdur. Ümumiyyətlə, dünyada rela distant təhsilin pulsuz olmağının bir anlamı yoxdur.

-Mən hansı ölkədə xarici dil(ingilis) üzrə bakalavr oxuya bilərəm? həm əyani, həm də distant təhsilin illik ödənişi nəqədərdir?

Xaricdə nə əyani, nə də distant təhsil ödənişsiz deyil. Distant yalnız  İngiltərədir və bütün proqram on min manata yaxındır. Bakalavrı isə əyani istənilən yerdə oxuya bilərsiniz. Təhsil haqları 2-20 min avro arasında dəyişir.

-Mən İsveçrədə distant təhsil almaq istəyirəm. İqtisadiyyat, mühasibatlıq üzrə distant təhsil hansı ölkədə mümkündür?

İsveçrədə MBA Global Banking and Finance üzrə distant təhsil var. İllik 17 min avrodur. Yanvarın 11-dən dərslərə başlaya bilərsiniz və bir illik proqramdır.

-Macarıstanda distant təhsil varmı? Qəbulu necədir?

Macarıstanda distant təhsil yoxdur. Distant təhsil, əsasən, Böyük Britaniyadadır.

-Distant təhsil nədir?

Distant təhsil dünyada geniş yayılmağına baxmayaraq, Azərbaycanda o qədər də tətbiq olunmur. Mahiyyəti ondan ibarətdir ki, siz xarici ölkəyə getməyərək xarici universitetlərin diplomunu əldə edə bilərsiz. Buna bəzən qiyabi təhsil də deyilir.

-Mən BDU-nun məzunuyam. Magistraturada distant təhsil üçün nə etmək lazımdır?

Magistratura üzrə distan təhsil almaq üçün İELTS 6.5 balına ehtiyacınız var. Böyük Britaniyada distan təhsil götürə bilərsiniz.

-Mən ADPU-nin kimya fakültəsini bitirmişəm. Neft kimyası üzrə distant magistr təhsili ala bilərəm?

Kimya mühəndisliyi labarotoriya işi olduğu üçün onlayn mümkün deyil. Əyani şəkildə oxumanız məsləhətdir.

-Distant təhsil alsam əgər gedəcəm?

Bəli, gedəcəksiniz. Yalnız full-time bakalavr oxuduğunuz təqdirdə əsgər getməyəcəksiniz.

-Salam ixtisasım jurnalistdir. Türkiyədə magistr təhsilimi distant formada almaq istəyirəm.Zəhmət olmasa bu barədə yazın. Bunu gerçəkləşdirə bilərəm?

Bu ixtisas üzrə deyil, başqa ixtisaslar üzrə oxuya bilərsiz

-Mən distant təhsil vasitəsilə dizaynmerlik kursu keçmək istəyirəm. bu, dövlət xətti ilə olmur. Başqa hansı üsulla edə bilərəm?

Düz vurğuladınız, dövlət həm distant təhsili, həm də dizaynerliyi maliyyələşdirmir. Kifayət qədər büdcəniz yoxdursa, təəssüf ki, başqa maliyyə mənbəyi tanımırıq. Qrafik dizaynerlik üzrə bakalavr proqramımız var və ümumi təhsil haqqı 7200 funtdur.

-Distant təhsil almaq üçün necə bir imtahan verməli və hara müraciət etməliyəm?

Normalda sadəcə ingilis dili imtahanı vermək lazımdır. Amma hər proqramın şərtləri saytda yazılıb. Zəhmət olmasa, uyğun proqramı seçib detallara baxın.

-Mən pediatr həkiməm. Əczaçılıq bölməsi üzrə distant təhsil ala bilərəm?

Tibb üzrə distant təhsil yoxdur.

-Azərbaycan vətəndaşı xaricdə distant təhsil alırsa, hərbi çağırışdan azad olur?

Qiyabi və ya Distant proqramlarda hərbidən möhlət verilmir. Yalnız əyani və bakalavr proqramları üçün möhlət verilir.

-Yer quruluşu, torpaq və şəhər kadastrı ixtisası üzrə Türkiyə Universutetlərində distant təhsil almaq mümkündürmü?

Xeyr, Türkiyədə Distant təhsil almaq mümkün deyil.

-Mən terapevt ixtisası üzrə distant təhsil almaq istəyirəmm. Bu, mümkündür?

Xeyr, mümkün deyil.

-Diploma distant təhsil alması yazılırmı?

Bəli, qeyd olunur.

- Öz ixtisasım ingilis dili tərcümədir, lakin mən biznes sahəsi üzrə distant təhsil almaq istəyirəm. Bu mümkündür?

Bəli, biznes üzrə distant təhsili ala bilərsiniz.

-Distant təhsilin əyani təhsildən fərqli olaraq nə kimi üstünlükləri var?

Siz evdə oturaraq xarici Universitetdə təhsil ala bilərsiniz. Distant təhsilin sərbəst təhsil almaq sistemi, həm oxuyub, həm də işləmək imkanı,ən əsası isə ödənişin kreditlərlə edilməsi kimi üstünlükləri var.

-Macarıstanda distant təhsil varmı? Qəbulu necədir?

 Macarıstanda distant təhsil yoxdur. Distant təhsil, əsasən, Böyük Britaniyadadır.

 -Distant təhsil almaq üçün hansısa dil imtahandan keçməliyəm?

 Bunun üçün sizin IELTS və TOEFL nəticəniz olmalıdır.

-Distant təhsillə hansı dərəcələri almaq mümkündür?

Distant təhsillə siz həm bakalavr, həmdəki magistr təhsili, həmçinin müxtəlif sertifikatlar da ala bilərsiniz.

-Hansı ölkələrdə distant təhsil ala bilərəm?

Distant təhsil Amerika,Türkiyə, Britaniya və Latviya Universitetlərində mümkündür.

-Distan təhsillə qiyabi təhsilin arasında nə fərq var ?

Əslində, demək olar ki, ikisi də oxşardı. Amma distant təhsilin əsas fərqi ondan ibarətdir ki, dərslər internet vasitəsilə keçirilir. Siz distant təhsili harada olmağınızdan asılı olmayaraq ala bilərsiz. Bunun üçün sadəcə sizə sürətli internet lazımdır.

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları