Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-25 17:04:00
Təhsil Nazirliyi Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq perspektivlərini müzakirə etdi  

 

Sentyabrın 25-də Təhsil naziri Emin Əmrullayev Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin missiyası bitməkdə olan rəhbəri Elena Aymone və yeni təyin olunan rəhbəri Arian Bauer ilə görüşüb.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında təhsil sahəsində əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə edilib və əməkdaşlıq perspektivləri müzakirə edilib.