Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-18 11:14:00
DİM apellyasiya müraciətlərinə cavabı heç zaman gecikdirmir – Xanlar Xanlarzadə  

 

DİM tərəfindən apellyasiya ilə bağlı müraciətlər neçə gün ərzində cavablandırılır?  Gecikmə halları müşahidə olunurmu?

 

 Qeyd olunan sualları DİM-də sektor müdiri Xanlar Xanlarzadə cavabladı.

 

O, AzEdu.az-a açıqlamasında bildirdi ki, apelyasiya üçün maraciət onlayn qaydada həyata keçirilir və gecikmə hallarına yol verilmir.

 

“Neçə gün ərzində cavablandırma müraciət edənlərin sayından asılı olaraq dəyişir. Həm müraciətlər onlayn qəbul olunur, həm də apellyasiya özü onlayn - zoom proqramı vasitəsilə keçirilir.

 

Ola bilməz ki, ixtisas seçimi başa çatsın və buna qədər müraciət cavablandırılmamış olsun.  Əgər belə kimsə varsa, məlumatlarını yazsın araşdıraq”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları