Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-26 10:13:00
Peşə təhsili müəssisələrinə elektron sənəd qəbulu yekunlaşdı

2020-2021-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə elektron sənəd qəbulu yekunlaşıb. 13946 şəxs elektron qeydiyyatdan keçib, onlardan 11743-ü ixtisas seçimini yekunlaşdırıb.

 

Müsabiqənin nəticələrinin 25 avqust tarixində elan edilməsi nəzərdə tutulur. Müsabiqədə iştirak edən şəxslərə nəticə barədə məlumat SMS vasitəsilə göndərilməklə yanaşı, müraciətçinin şəxsi kabinetində də yerləşdiriləcək.

 

Qeyd edək ki, peşə təhsili pilləsi üzrə müraciətlərin qəbulu

 

https://qebul.vet.edu.az/ platforması vasitəsilə 10-24 avqust tarixlərində iki mərhələdə aparılıb. I mərhələdə dövlət vəsaiti hesabına maliyyələşən qruplar üzrə 73 faiz, ödənişli əsaslarla maliyyələşən qruplar üzrə isə 27 faiz uğurlu müraciət daxil olub. 

 

2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılıb. Cari ildə ötən illə müqayisədə peşə təhsili almaq istəyən şəxslərin sayında 27 faiz artım müşahidə olunub. Yeni tədris ili üzrə peşə təhsili almaqda maraqlı olanların sayında artım xüsusilə ikili proqramlar çərçivəsində tətbiq olunan ixtisaslarla bağlı müraciətlərdə müşahidə olunur.