Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-31 14:23:00
"İlin gənc müəllimi-2020" müsabiqəsinə müraciət BAŞA ÇATDI

Bu müsabiqə Milli Məclisin Mədəniyyət komitəsi, AzEdu.az Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə təşkil olunur.

 

 "İlin gənc müəllimi-2020" müsabiqəsinin məqsədi motivasiya dolu həyat hekayələri olan, ilhamverən fəaliyyətləri ilə şagirdlərə, müəllim həmkarlarına dəstək olan, müasir dərs metodları ilə keyfiyyətli və yaradıcı təhsil mühiti yaradan, cəmiyyət üçün faydalı işlər görən ən yaxşı gənc müəllimləri ortaya çıxarmaq, onları tanıtmaq və mükafatlandırmaqdır.

 

AzEdu.az xəbər verir ki, "İlin gənc müəllimi-2020" müsabiqəsinə müraciət başa çatıb.
Müəllimlərin müraciətləri ekspertlərimiz tərəfindən yoxlanılacaq və sentyabrın sonu nəticələr açıqlanacaq.

 

Əvvəlki illərdəki ənənəyə sadiq olaraq təltifetmə mərasiminin Milli Məclisdə keçirilməsi planlaşdırılır.

 

 Məlumat üçün bildirək ki, müsabiqənin meyarları “Qlobal Müəllim Mükafatı” müsabiqəsinin kriteriyalarına  uyğunlaşdırılıb.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları