Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-18 10:55:00
MİQ üçün Ədəbiyyat-sintez kurikulum sualları(Situativ testlər)-Doğru cavabları ilə

1/Şair qəlbi bu səhnədən ilhamını alınca
-Yaşa dedi-ey qəhrəman Yaşa dedi ey Vətən
Sonra şair dodaqları öpdü ana əlindən
Ceyhun müəllim Səməd Vurğunun ‘’Ananın öyüdü’’ şeirini deyərkən duyğulanır, müəlimin baxışlarından, elə bil, Vətən həsrəti, Vətən nisgili süzülür.
Bu psixoloji durum müəllimin hansı qabiliyyətinin təcəssümüdür?

  1. Perseptiv
  2. Suqqestiv
  3. Ekspressiv 
  4. Didaktik
  5. Kommunikativ

2/Vüsal müəllim şagirdlərdən soruşur ki, şeirini köksündə beş milyardlıq ürək adlandıran şair kimdir?
Bu sualla müəllim şagirdləri xatırlamağa sövq edir. Ə.Əlizadənin ‘’Üçtərkibli’’ taksonomiyasına sözügedən fəaliyyət baxımından müvafiq səviyyəsinə- görə aşağıdakı feillərdən biri şagirdlərin fəaliyyətini düz göstərmir:

AYadda saxlayır .

BTəsvir edir.

CŞərh edir.

DPassiv qəbul edir.

E. Dərin düşünür.       

 

3/Rəhimə, bu uşaq Hacı Nəsirin oğlu Nurəddindir. Bu əlindəki də sənə nağıl etdiyim
‘’Gülüstan’’dır .
Əsgər müəllim Süleyman Sani Axundovun ‘’Nurəddin’’ hekayəsindən nümunələr gətirir.
Marsanonun ‘’Düşünmə bacarıqları’’ taksonomiyasına görə Əsgər müəllim şagirdlərə birinci mərhələdə nəyi tapşırmalıdır?
Bu kateqoriyanın adını seçin.

Aİnformasiya toplama

BYadda saxlama

CFikrini cəmləşdirmə

DÜmumiləşdirmə

E. Sistemləşdirmə   

 

4/‘’Müsibəti-Fəxrəddin’’(Nəcəf bəy Vəzirov)köhnəliklə yeniliyin, nadanlıqla maarifin mübarizəsinin əks etdirildiyi ən təsirli əsərlərindən biridir.
Elnarə müəllim mövzunu izah edərkən həm də şagirdlərdə mənəvi-əxlaqi keyfiyyətlər formalaşdırırır.
Sizcə, müəllim bu zaman hansı pedaqoji kateqoriyanı həyata keçirir?

Ən dəqiq cavabı seçin.

ATəlim

BTəhsil

Cİnkişaf

DTərbiyə

EFormalaşma

 5/Əlizadənin ‘’Üçtərkibli’’ taksonomiyasının yeni versiyasına görə İlyas müəllim Hüseyn Arifin ‘’Analar’’ şeiri ilə bağlı idrak taksonomiyasının səviyyələrini həyata keçirərkən hansı səviyyə üzrə düzgün sualdan istifadə etmir?

ABilik-Danışa bilərsən?

BBacarıq-Təsvir edə bilərsən?

CVərdiş-Niyə vacibdir?

DXatırlama-Mənasını tapa bilərsənmi?

E. Tətbiqetmə-Səncə, başqa çözüm varmı? 

 

6/Aşağıdkılardan yalnış olanı müəyyən edin:

A/standartın fəaliyyət komponenti mövzunu müəyyən etməyə kömək edir

B/deklorativ bilik-məlumat xarakterli biliklərdi

C/kontekstual bilik-problemin həll edilməsi yolu ilə əldə olunan yeni biliklərdir

D/standartın fəliyyət komponenti təlim strategiyalarını müəyyənləşdirməyə kömək edir

 

7/Aşağıdakılardan hansı analitik qiymətləndirmə sxeminə aid deyil?

AŞagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini müəyyənləşdirir.

BQiymətləndirmədə, əsasən, 4-5 ballıq şkaladan istifadə edilir.

CBu zaman şagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilməklə, onların nailiyyətləri haqqında daha ətraflı informasiya verilir

D. Bu qiymətləndirmə sürətli aparılır

 

8/Sizcə “öyrənən” kimdir?

AÖyrənən təcrübə aparan orqanizmdir.

BÖyrənən intellekt və emosiyalardan ibarət olan unikal, azad və məsuliyyətli yaranmışdır

C Öyrənən düşünən və hiss edən (idraklı və intuisiyalı) varlıqdır.

DÖyrənən bilik və bacarıqların daşıyıcısıdır. O öyrəndiklərini yerigələndə istifadə edə bilər.

 

1/C  2/E   3/C   4/D  5/E   6/A   7/A  8/A

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları