Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-06 13:24:00
Avropa İttifaqı peşə təhsilini qiymətləndirib

Avropa İttifaqı 2018-ci il üçün Azərbaycan üzrə biznes mühiti hesabatını dərc edib.

AzEdu.az xəbər verir ki, sorğu hesabatda Avropa İttifaqına üzv olan 20 ölkədən təqribən 385 şirkətin Azərbaycanda biznes fəaliyyəti ilə bağlı fikirləri yer alıb. Ötən illə müqayisədə bu il sorğuda iştirak edən şirkətlərin sayı 31 faiz artıb. Avropa İttifaqının Azərbaycan üzrə sorğu hesabatında 5 ən vacib islahat tədbiri kimi peşə təhsili sisteminin şirkətlərin tələblərinə uyğunlaşdırılması hesab edilib.

Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətlərinin 24 faizi peşə təhsili və təliminin qənaətbəxş olduğunu bildiriblər. Bu rəqəm 2017-ci illə müqayisədə 4 dəfə çoxdur. Eləcə də peşə təhsili ilə bağlı İKT sektorundan sorğuya cəlb edilən 7 iştirakçıdan 6-sı bu sahəni qənaətbəxş kimi qiymətləndirib.

Peşə təhsili və təlimi üzrə həyata keçirilən tədbirlər:
- 20 aprel 2016-cı ildə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb;
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" təsdiq olunub;
- 24 aprel 2018-ci il tarixində "Peşə təhsili haqqında" qanun Milli Məclis tərəfindən qəbul
edilib;
-70 ixtisasın təhsil proqramları (kurikulumları), o cümlədən 159 yeni modul dərsliklər hazırlanıb, 200-dən çox müəllim kurikulumların hazırlanması, pedaqogika və didaktika üzrə təlimlərə cəlb edilib;
-Koreya, Sinqapur, Filippin, Finlandiya, Belçika, İtaliya, İspaniya, Birləşmiş Krallıq, İsveç Krallığı, Almaniya, İsveçrə, Moldova, Rusiya, Norveç, Latviya, Türkiyə, Belarus, Estoniya, Gürcüstan, Polşa, ABŞ kimi 20 dən çox ölkəyə səfərlər edilib və peşə təhsili sahəsində beynəlxalq təcrübə öyrənilib;
-10-a qədər beynəlxalq və yerli layihələrdə 50-yə yaxın beynəlxaq və 30-a yaxın yerli ekspertlərlə, o cümlədən vətəndaş cəmiyyətləri ilə birgə əməkdaşlıq həyata keçirilib;
-Rasionallaşdırma və optimallaşdırma tədbirləri çərçivəsində 34 peşə təhsili müəssisəsinin bazasında 14 ixtisaslaşmış Peşə Təhsil Mərkəzi yaradılıb və 21 peşə təhsili müəssisəsinin bazasında 10 Peşə Təhsil Mərkəzinin yaradılması ilə bağlı təkli hazırlanıb;
-Turizm və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi açılıb;
-Cənubi Koreya modeli əsasında sənaye və innovasiyalar sahəsində 8 ixtisas üzrə tədris aparılacaq peşə təhsil mərkəzinin tikintisinə başlanıb;
-Ölkənin bütün regionlarında fəaliyyət göstərən 1000-dən çox sahibkarlıq subyektləri ilə əməkdaşlıq müqavilələri imzalanıb.