Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-19 11:29:00
 Şagirdlərin davamiyyəti ilə bağlı SMS-bildiriş xidməti donduruldu

Koronavirus pandemiyası səbəbindən şagirdlərin dərslərə davamiyyəti barədə valideynlərə SMS-bildiriş xidməti dondurulub.

 

AzEdu.az xəbər verir ki, bu barədə "Mobile Solutions & Marketing Technologies" şirkətindən (xidmətin operatoru) bildirilib.

 

Şirkətdən qeyd olunub ki, mövcud vəziyyətin tam aradan qaldırılacağı təqdirdə xidmət yeni dərs ilindən aktiv oluna bilər.

 

Qeyd edək ki, hazırda bu xidmət "Elektron məktəb" layihəsində iştirak edən 40-dan çox məktəbdə (Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Şamaxı, Quba, Ağdaş, İsmayıllı, Tovuz və Ağstafada) tətbiq olunub.