Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-11 11:13:00
Bitkiçilik istiqaməti üzrə düzgün peşə seçimi və iş imkanları müzakirə olunacaq

İyunun 12-də Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə bitkiçilik istiqaməti üzrə düzgün peşə seçimi və iş imkanları ilə bağlı vebinar təşkil olunacaq.

 

AzEdu.az xəbər verir ki, vebinarın keçirilməsində məqsəd peşə seçimi mərhələsində olan gənclərin maarifləndirilməsidir.

 

Onlayn seminarda Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov, “Astaraçay” MMC-nin baş aqronomu Ağaşirin Ağayev, Kənd Təsərrüfatı Nazirliyinin “AMAL” Milli Proqramının rəhbəri Elvin Nəbiyev, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov bitkiçilik istiqamətində görülən işlər, mövcud bazarın tələbi və peşə təhsil müəssisələrində təhsil alanlar üçün iş imkanlarından bəhs edəcəklər.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin “Facebook” və “YouTube” səhifələrində canlı yayımlanacaq vebinarda izləyicilərin sualları da cavablandırılacaq.