Azedu.az

“İmtahanları sadələşdirmişik, başqa heç bir güzəşt təklif edə bilmərik”- Məleykə Abbaszadə

1 İyun 2020, 12:00
“İmtahanları sadələşdirmişik, başqa heç bir güzəşt təklif edə bilmərik”- Məleykə Abbaszadə

 

 “Ali təhsil və kolleclərə qəbul imtahanı verən şagirdlər mütləq şəkildə bu imtahanlarda iştirak etməlidirlər”.

 

Azedu.az xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə media nümayəndələri üçün virtual keçirilən mətbuat konfransında  deyib:

 

“Martdan bəri keçirilməyən mövzular çıxarılıb, açıq sualların sayı 24-dən 12-yə endirilib. Onların əvəzinə qapalı suallar salınıb. Bu da bir növ, imtahanı sadələşdirməkdir.  Bundan artıq heç bir güzəşt təklif edə bilmirik.

 

Onu da qeyd edim ki, 9-11 ci sinif şagirdlərinin bəziləri qəbul imtahanı verir. Onlar mütləq indi buraxılış imtahanında iştirak etməlidirlər.  

 

Ancaq 10-cu sinifə keçmək, həmçinin yalnız attestat almaq istəyən şagird indiki imtahanda üzrlü səbəbdən iştirak edə bilmirsə, sentyabrda keçiriləcək imtahana gələ bilərlər”

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox