Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-28 17:21:00
Yapon kosmik gəmisinin növbəti uğuru - NASA təsdiqlədi

Yapon kosmik yük gəmisi HTV-9 (Kounotori 9 - "Ağ leylək - 9") Beynəlxalq Kosmik Stansiyasına uğurla çatıb.

 

AzEdu.az ted.az-a istinadən bildirir ki, bu barədə NASA məlumat yayıb.

 

ABŞ seqmenti olan "Harmony" modulu ilə 12 tonluq kosmik yük gəmisinin birləşmə əməliyyatı ABŞ-ın Şərq Sahili vaxtı ilə səhər saat 10:46-da baş tutub. NASA əməliyyatın uğurla həyata keçdiyini təsdiqləyib.

 

"Kounotori-9" stansiyaya təxminən 4 ton yük, o cümlədən qida məhsulları, onlarla elmi tədqiqat üçün avadanlıq, materiallar və altı yeni güclü litium-ion batareyaları çatdırıb.