Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-23 15:13:00
“Düşmən arxasında günün günorta çağı yemək yediyimiz "o" an” – Məktəb direktoru hərbi xidmət xatirələrindən danışdı

 

“Belə məktəb direktoru olan şagirdlər vətənpərvər olmaya bilər? Bakı şəhəri 215 nömrəli tam orta məktəbin direktoru Cavad Mustafayev döyüş yolundan şəkillər paylaşıb. Cavad müəllim ötən ilin 24 iyununda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəşarət Məmmədov  öz rəsmi “Facebook” səhifəsində yazıb.

 

Onun sözlərinə görə, 215 nömrəli tam orta məktəbin direktoru döyüş yolundan şəkillərini öz izləyiciləri ilə bölüşüb.

 

Orta məktəb direktoru Cavad Mustafayevin öz hərbi xidmət xatirələrindən bəhs edən həmin yazı və fotoları təqdim edirik:

 

“1993 - cü ilin ikinci yarımilindən etibarən N saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmətə başlamışam.Uğurlu Horadiz əməliyyatından sonra isə (kəşfiyyatın öz qanunları var) dəfələrlə düşmən arxasına keçib müxtəlif əməliyyatlar keçirdərək, geriyə sağ salamat qayıtmışıq. Paylaşdığım rəngli şəkil düşmən arxasına keçməmiş, rəngsiz şəkil isə 100 km- dən də çox düşmən arxasında günün günorta çağı yemək yediyimiz "o" an”.