Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-15 15:23:00
“Gənc istedadlar" breyn-rinq bilik yarışının IV mərhələsi onlayn formatda keçirilib

Bakı məktəbliləri arasında “Gənc istedadlar" breyn-rinq bilik yarışının IV mərhələsi onlayn formatda keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, bilik yarışının bu mərhələsində paytaxtdakı 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən “Kiçik akademiya” üzvləri iştirak ediblər. Şagirdlər Azərbaycanın milli rəqsləri, qoruqlar, ədəbiyyat və ümumi dünyagörüşü üzrə biliklərini sınaqdan keçiriblər. Mərhələnin sonunda 21 nömrəli tam orta məktəbin komandası digərlərindən üstün olub.

 

Xatırladaq ki, yarış ayrı-ayrı fənlər üzrə istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviqi, şagirdlərin müxtəlif sahələr üzrə istedad, dünyagörüşü və intellektual səviyyəsinin üzə çıxarılması məqsədilə təşkil olunub.

 

Həmçinin şagirdlərdə müzakirə, təhliletmə, nitq qabiliyyəti, özünü təqdimetmə və kollektivi təmsiletmə qabiliyyətinin, İKT-dən istifadədə elmi bacarıqların aşkarlanması da yarışın əsas hədəflərindəndir.

 

“Gənc istedadlar” breyn-rinq bilik yarışı 3 ildir keçirilir. İyun ayında da sözügedən məktəblərdə müxtəlif mövzular üzrə yarışların keçirilməsi nəzərdə tutulur. Yarışın bütün mərhələləri üzrə komandaların topladığı ballar hesablanaraq qalib komanda seçiləcək.