Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-29 10:46:53
Yaz imtahanlarında 500-700 arası bal yığan abituriyentlərin sayı açıqlandı    

Təhsil eksperti Kamran Əsədov 2018-2019 - cu il üçün ali məktəblərə qəbul üzrə yaz imtahanlarının bəzi nəticələri haqda məlumat verib. 

AzEdu.az
modern.az-az istinadən məlumat verir ki, ümumilikdə I - IV ixtisas qrupu üzrə 68 min abituriyent imtahan verib. Onlardan 9.8 faizi 500-700 arası bal toplayıb. 

I ixtisas qrupu üzrə 27478 nəfər iştirak edib, onlardan 1916 - nəfər 500-700 arası bal toplayıb. 

II ixtisas qrupu üzrə nəfər 16700 iştirak edib, onlardan 1328 nəfər 500-700 arası bal toplayıb. 

III ixtisas qrupu üzrə 18900 nəfər iştirak edib, onlardan 2145 nəfər 500 - 700 arası bal toplayıb.

IV ixtisas qrupu üzrə 4981 nəfər iştirak edib, onlardan 1365 nəfəri 500-700 arası bal toplayıb. 

2018-2019 - cu tədris ili üçün ali məktəblərə 45 min plan yeri ayrılıb. 10 nəfər maksimum nəticə, 700 bal toplayıb.