Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-27 15:56:00
Böyük elmi işləri oğurlanan, sərt rübailər isə adına sırınan Ömər Xəyyam

Dövrünün tanınmış filosofu olan Ömər Xəyyamın keçmişdə yaşamış xeyli məşhurun əksinə olaraq doğum tarixi dəqiq bilinir. O, 18 may 1048-ci ildə Cənubi Azərbaycanda dünyaya gəlib.Filosof kimi məşhurlaşsa da, riyaziyyatı, astronomiyanı da dərindən öyrənib. Elmin müxtəlif istiqamətlərinə aid 18 əsəri gəlib çatıb. O, ziddiyyətli şəxs olub. Belə ki, bəziləri onun zəkasını  Əl-Biruni və İbn Sina ilə müqayisə edir. Bəziləri isə onun sadəcə, mey düşkünü olduğunu, eyş-işrətə meyl etdiyini söyləyirlər. Əslində isə Ömər Xəyyam sərxoş, Allahı danan , dinsiz biri olmayıb.

Sadəcə sovet ideologiyasında  bu şəxsi araşdıranlar Şərq dühalarını özlərimə sərf edən şəkildə təqdim etmişlər.

Araşdırmalar zamanı məlum olub ki, Ömər Xəyyamın adına çıxarılan, dinsizliyi  təbliğ məqsədilə yazılan rübailərin əksəriyyəti onun qələminin məhsulu deyildir.

Ömər Xəyyamın araşdırmaçılarından olan Sadiq Hidayət yazıb ki, filosofdan sonra eyş-işrət şairlərinin, yazıçılarının çoxu şəriət cəzasından qaçmaq üçün öz əsərlərini onun adından yazıblar.

Onun əsərləri daha çox fəlsəfə, cəbr, həndəsə,aatronomiya elmlərini əhatə edir. Hətta musiqi və mineorologiyaya marağı olmuş, bu istiqamətlərdə də əsər yazmışdır. Əsərlərini 2  dildə -ərəb və fars dillərində yazıb. Yaşadığı zamanda məşhur vəzir Nizamilmülk və Həsən Səbbah ilə eyni müəllimdən dərs alıblar. Bəs"Xəyyam" təxəllüsünü niyə götürüb?

Xəyyam təxəllüsünü atasının çadırçılıq peşəsindən götürüb. Ömər Xəyyam öz doğum tarixini araşdırıb dəqiq vaxtı göstərib.

Məktəblərdə tədris olunan Paskal üçbucağı termini fransız riyaziyyatçısı Blaise Paskalın adı ilə çıxsa da, əslində Ömər Xəyyam tərəfindən kəşf olunub.

Rübailərində daha çox dünya, mənəviyyat, dövlət, xalq mövzularıma toxunub. Onların sayı 158 dir. Ancaq  onun adına çıxarılan rübailərin sayı 1000-i ötüb. Ömər Xəyyamın vəfatı ilə bağlı maraqlı rəvayət var.

Şair ömrünün son günlərini İbn Sinanın "Şəfa" əsərini oxumaqla keçirib. "Şəfa"nın ilahiyyat hissəsinə çatanda diş çöpünü vərəqlərin arasına qoyur.  Sonra namazını  qılır. Namazdan sonra belə bir dua edir ki, İlahi, bilirsən ki, mən səni öz imkanım səviyyəsində dərk etdim. Məni bağışla. Sənin haqda bildiyim sənə gedən yol imiş. Şair bu sözlərdən sonra dünyasını dəyişir. Ömər Xəyyamı sərxoşluqda, dinsizlikdə günahlandıranların tutarlı cavabı belə olar ki, yüzdən çox rübaisi olan, 18 müxtəlif əsər müəllifi, astronomiya , musiqi ,riyaziyyat bə s. Sahələrdə mütəxxəsis olan biri eyş-işrət həyat keçiribsə, bütün bu uğurlara nə zaman imza atıb?! Bunu düşünmək lazımdır.