Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-15 14:34:00
Təhsil Nazirliyinin 146- psixoloji xidmətindən daha kimlər yararlanır?- Nazirdən açıqlama  

 

“Çox sadə məntiqdən çıxış edərək “Çağrı mərkəzi”  layihəsinə başladıq. Pandemiya səbəbiylə yaranan hazırki vəziyyət heç gözlənilmirdi. İnsanlara kömək məqsədilə belə bir  “çağrı mərkəzi”ni yaratdıq. Bu məqsədlə məktəb psixoloqları arasında seçim apardıq. Komanda formalaşdı  və 146-3 əlavəsi yaradıldı. Texniki imkanlar da genişləndirildi. Psixoloqlar hər gün saat 10:00-dan axşam 18:00-dək ehtiyacı olan vətəndaşlara kömək edirlər. Bu dəstək təkcə şagird, valideyn və müəllimlər üçün deyil, istənilən vətəndaş müraciət edə bilər”.

 

AzEdu.az  xəbər verir ki, bunu Təhsil naziri  Ceyhun Bayramov  AzTV-nin “Hədəf” verilişində deyib:

 

 

 “Layihə aprelin 6-dan fəaliyyətə başladı. İlk həftənin statistikasına əsasən, “Çağrı mərkəzi” nə 250 müraciət daxil olub. Daha çox yaşlı insanlar müraciət ediblər və onlar koronavirus pandemiyasından təşvişə düşdükləri üçün çağrı mərkəzinə baş vurublar. Valideynlərin müraciəti isə əsasən, azyaşlı övladlarının enerjilərini sərf etməyə yer olmadığından aqressiv halların mövcud olması ilə əlaqədar olur. Qəbul imtahanı ilə bağlı abituriyentlərdə müəyyən narahatlıqlar var. Təcrübəli psixoloqlarımız hər birinə lazımi tövsiyələr verirlər, dəstək olurlar. Tələb olunan zaman müddətində layihəni davam etdirəcəyik”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları