Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-09 13:04:00
Polşada təhsil alan azərbaycanlı tələbə: “Küçələr və metrolar boşdur”

“Azərbaycan xalqına demək istəyirəm ki, evdə qalsınlar, ünsiyyət zamanı aralarında məsafə saxlasınlar və tezliklə normal həyat geriyə qayıtsın”

 

Polşada təhsil alan Rəşid Məhərrəmov orada koronavirusa qarşı görülən tədbirlərdən danışdı:

 

“Varşavada sonuncu kurs tələbəsiyəm. Burada bir aydır ki, universitetlər bağlanıb. Buna baxmayaraq, online dərslər davam edir. Polşanın Səhiyyə Nazirliyinin göstərişinə əsasən, marketlərə girişlər limitlidir. Hər kassa üçün 3 nəfər düşünülüb içəri buraxılır. Həmçinin müştərilər əlcəklərlə təmin olunur ki, birbaşa ərzaqlarla təmasda olmasınlar. Tramvay və metrolara girişlər limitlidir. 9 nəfərdən artıq adam tramvaya buraxılmır. Burada insanlar öz sağlamlıqlarını düşündükləri üçün ehtiyatlı davranırlar. Ünsiyyət zamanı aralarında ən azı 2 metr məsafə saxlayırlar. Lazım olmadığı müddətdə çölə çıxmırlar və çox ünsiyyətdə deyillər. Şəhərin mərkəzi küşələrində boşluqdur. Göstərilən zamana qədər hər kəs evdə qalmağa çalışır. Buna görə də, Polşada virusa yoluxanların sayı digər Avropa ölkələri ilə müqayisədə xeyli azdır”.

 

Rəşid Məhərrəmov öz vətəndaşlarına da səsləndi:

 

 “Azərbaycan xalqına demək istəyirəm ki, evdə qalsınlar, ünsiyyət zamanı aralarında məsafə saxlasınlar və tezliklə normal həyat geriyə qayıtsın”

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları