https://www.zirve.edu.az/
21.03.2020 16:03
“Dərs vaxtı”: 4-cü sinif dərsləri - Təkar üçün video
Çap et

 

Bütün dünyanı gərginlik altında saxlayan koronavirus pandemiyası planetdə 290 milyondan çox şagird və tələbənin təhsilini yarımçıq qoyub.

 

Belə məqamda, təhsilin fasiləsizliyini qoruyub saxlamaqdan ötrü alternativ tədris metodları ən uyğun çıxış yoludur.

 

Orta məktəbdə təhsilin fasiləsizliyini təmin etmək  üçün ən yaxşı üsullardan biri də “teledərslərdir” .  

 

Martın 11-dən etibarən Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihəyə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin  “Mədəniyyət” kanalında  “Dərs vaxtı”  adlı teledərslərə start verilib.  

 

Başqa sözlə desək, həftəiçi hər gün saat 10:00-dan, 16:00-a qədər müəllimlər bütün evlərin qonağı olur.

 

Qeyd edək ki, qısa zaman kəsiminə baxmayaraq, teledərslər öz faydalılığını  tam gücü ilə sübut etdi. Telelayihə  tədrisdə yaranacaq boşluqların qarşısı müəyyən mənada almağı bacardı.

 

Beləliklə, AzEdu.az  "Dərs vaxtı" nın 1-ci sinif üçün dərslərini təqdim edir: