Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-02 11:22:00
Koronavirusa görə məktəblər və universitetlər kütləvi şəkildə BAĞLANIR

Dünyada koronavirusun yayılması nəinki biznesə, iqtisadi əlaqələrə zərər vurub, həm də təhsil sahəsində də çətinlik yaradıb.

Dünyada koronavirusunu yayılmasında əsas mənbə olmaqla yanaşı, İran Yaxın Şərq, İtaliya isə Avropa üçün xəstəliyin əsas mənbəyi qalır.

AzEdu.az xəbər verir ki, Böyük Britaniya hökuməti Çeşir qraflığı və Norviç şəhərində dəstlərin bağlanması barədə qərar verib. Buna səbəb İtaliyaya gəzintidən dönən şagirdlərdə koronavirus ehtimalının olmasına görə atılıb. Ölkədə 13 nəfər virusa yoluxsa da, onlardan 8-i sağalıb.

Bir çox ölkələrdə orta və ali təhsil müəssisələrində müvəqqəti tətli elan olunub , dərslər ləğv edilib.

Məsələn, İran hökuməti koronavirusu nəzarətdə saxlama üçün təcili addımlar atır. Şənbə günündən ölkədəki bütün məktəblər bir neçə günlük bağlanıb. Universitetlər isə 1 həftə müddətində fəaliyyətini dayandıracaq. Koronavirusun xüsuasən tuğyan etdiyi Qum şəhərində 2 həftəlik karantin elan olunub.

Rumıniyada 1 nəfər yoluxucu xəstəliyə tutulub. Buna görə ölkə rəhbərliyi qərb regionunda yerləşən Kluj-Napoka, Arad, Timişoara və Tıqu Jiu şəhərlərində dərsləri ləğv edib.

İtaliyada koronavirus ən çox Lombardiya vilayətində qeydə alınıb. Ölkənin koronavirus geniş yayılmış 0,05% ərazisində yaradılmış “qırmızı zona”da 50 mindən artıq insanın yaşadığı 10 şəhərdə karantin elan olunub. Bu şəhərlərin sakinlərinə ərazini tərk etmək qadağan olunub. Lombardiya, Veneto, Emiliya-Romanya və Pyemont vilayətlərində universitetlər bağlanıb.  

Yaponiyada ibtidai və orta məktəblər COVİD-19 virusunun qarşısını almaq üçün bağlanıb. Baş nazir Sintze Abe məktəblərin aprel ayına qədər bağlı qalacağını əlavə edib. Qərar bağça və ibtidai siniflərin şagirdlərinə şamil olunmur.

Küveytdə isə dərslər 2 həftəlik dayandırılıb. Ölkədə viruslu pasientlərin sayı 26-ya çatıb.

İraq hökuməti isə ölkədəki bütün təhsil müəssisələrini, o cümlədən universitetləri  10 gün ərzində bağlayıb. İraq Antiböhran Mərkəzi martın 7-nə qədər kinoteatr, qəhvəxana, əyləncə və ictimai obyektlərin bağlanması barədə elan verib.

Pakistanda fevralın 27-dən İranla həmsərhəd ərazilərdə məktəb və universitetlər, sənaye müəssisələri fəaliyyətini dayandırıb. Bəlucistan, Cənubi Sind və Kəraçi şəhərində koronavirusla bağlı qadağalar tətbiq olunmağa başlanıb.

İsrail də analoji addımı atıb. Ölkədə təhsil müəssisələri martın ortalarına qədər bağlı elan olunub. (modern.az)