Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-22 10:17:19
Türkiyəli şagirdlər robot yarışında dünya ikincisi oldular


Beynəlxalq robot yarışlarından biri olan RoboRavedə Türk şagirdlər ikinci yeri tutub. AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, onlar müsabiqəyə eşitmə əngəllilər üçün hazırladıqları jaketlə qatılıblar.

Şagirdlər “Ən yaxşı Videoreklam” və “Ən yaxşı minitexnologiya” mükafatına layiq görülüblər. Jaketə birləşdirilən əlcək eşitmə əngəllilər üçün istifadə olunan əl hərəkətlərini səs və yazıya çevirir. Beləcə ətrafdakıların eşitmə əngəlli insanlarla ünsiyyət qurmasına yardımçı olur.
Qeyd edək ki, yarışma 2001-ci ildə Amerikanın Nyu-Mexiko ərazisində keçirilir. Dünyanın hər tərəfindən gənclərin iştirak etdiyi müsabiqədə bu il 18 ölkədən 2 000 insan iştirak edib. Müsabiqədə ikinci yeri tutan türkiyəli şagirdlər əməkdaşlığa dəvət olunub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları