Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-21 10:14:00
Abituriyentlər imtahan ballarını asanlıqla hesablayacaqlar  – AzEdu.az-da yeni funksiya 

Ali məktəbin  qəbul  imtahanlarında  iştirak edəcək abituriyentlər AzEdu.az təhsil portalındakı  yeni funksiya vasitəsilə topladıqları  balı asanlıqlıqla hesablaya bilərlər.

AzEdu.az saytındakı yeni funksiyadan yararlanmaq üçün bir neçə asan mərhələdən keçmək lazımdır: Bunun üçün öncə balların hesablanması bölməsinə daxil olub  ixtisas qrupunu  seçmək, daha sonra fənlərə uyğun olaraq  düzgün və səhv cavabladığınız sualların sayını qeyd etməyiniz kifayətdir. Topladığınız bal nəticə balı (N.B) panelində qeyd olunacaq. Hər fənn üzrə  topladığınız bal da ayrı-ayrılıqda əks olunur.