![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_adnsu13.1.2020-1_1578913968_316.jpg)
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) High Performance Computing (HPC) Mərkəzi və Big Data ilə tanışlıq” mövzusunda seminar keçirilib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı HPC Mərkəzi haqqında qısa məlumat verərək mərkəzin təsis olunmasında 4 əsas məqamın olduğunu seminar iştirakçılarının diqqətinə çatdırıb:” Biz, ilk növbədə ölkədə gedən proseslərin fövqündə olmaq istəyirik. Çalışırıq ki, Azİİ bir elm, təhsil məbədi kimi ölkədə gedən bütün innovativ proseslərin önündə olsun, lokomativ rolunda iştirak etsin və biz kadr hazırlığını təmin edə bilək”.
İkinci və ən öməmli istiqamətlərdən birinin ADNSU-nun milli tədqiqat universitetinə çevrilməsi olduğunu deyən rektorun sözlərinə görə, milli tədqiqat universiteti statusunu almaq üçün ən vacib üstünlük High Performance Computing Mərkəzi, yəni super kompüterlərin istifadəsi ilə elmi tədqiqatların hesabatlarını çevik, operativ həyata keçirmək, bunu tədris prosesinə tətbiq etməkdir.
ADNSU-nun “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, riyaziyyat üzrə elmlər doktoru, professor Araz Əliyev - “Paralel alqoritmlər əsasında həll olunan məsələlər”, “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının assistenti Eviz İsmayılov - “HPC sistemlərinin xüsusiyyətləri və imkanları”, həmin kafedranın baş müəllimi Nigar İsmayılova isə “HPC sistemlərinin tətbiq sahələri” mövzusunda məruzə ilə çıxış ediblər.
Daha sonra seminar mövzu ətrafında sual-cavabla davam edib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)